Cəmiyyət
Rayonda karantini pozan 35 nəfər cərimələndi
Koronavirusinfeksiyasının kütləvi yayılmasının qarşısının alınmasıməqsədilə Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarırayon ərazisindəki market və digər ticarət obyektlərindəvə əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mumtv.az bildirir ki, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yənitibbimaskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.
Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan35nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.Biləsuvar rayonu ərazisindənəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.
(Lent.az)