mumtv.az
mumtv.az

Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA

Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
26-11-2020, 16:02 60 dəfə baxılıb

Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? - Nazirlikdən AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Təhsil Nazirliyi Vətən Müharibəsində topçu olaraq düşmənə qarşı döyüşən 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Mumtv.az bildirir ki, dərsliyin üz qabığının tərtibatı nəşriyyat tərəfindən hazırlanır:

 

"Daha sonra məsələ Təhsil Nazirliyi ilə razılaşdırılır. 11-ci sinif tarix dərsliklərinin üz qabığının dəyişdirilməsi məsələsi hazırda müzakirəyə çıxarılmayıb.

Lakin qəhrəmanlarımız haqqında hekayələrin yazılması, onlarla bağlı ayrı-ayrı təqdimatların edilməsi, tarixi faktların tam dəqiqləşdirilərək, dərsliyin məzmununa gəlməsi gündəmdədir".

Qeyd edək ki, Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan açdığı görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olub.

(Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA