Təhsil
Təhsil
Nazir birinci kurs tələbələrinə qeydiyyatdan keçməklə bağlı müraciət edib
"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ötən il sosial həssas qrupdan olan15 min tələbə müəyyənləşib”.
Mumtv.az bildirir ki, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir bildirib ki, bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb vəqiymətləndirilib.
"Yeganə xahişimiz birinci kurs tələbələrinin qeydiyyatdan keçmələri ilə bağlıdır ki, bununla da onların sosial qrupa aid olub-olmadığını müəyyənləşdirmək mümkün olacaq”, - nazir əlavə edib.