Təhsil
Təhsil
Gürcüstandakı Azərbaycan məktəblərinə dərslik göndərildi
Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərib.
Mumtv.az bildirir ki, bu dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Son 5 ildə Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərib.
(Lent.az)