mumtv.az
mumtv.az

Kolleclərə ixtisas seçimi başa çatdı

Kolleclərə ixtisas seçimi başa çatdı
14-09-2020, 14:41 35 dəfə baxılıb

Kolleclərə ixtisas seçimi başa çatdı

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

Mumtv.az Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata əsasən bildirir ki, ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçiminin sentyabrın 3-dən 13-ü saat 23:59-dək aparılması nəzərdə tutulurdu. Lakin ixtisas seçimi 14 sentyabr səhər saatlarına qədər uzadılıb və saat 10:00-da başa çatıb.

İxtisas seçimində 10958 (Azərbaycan bölməsi -10745, rus bölməsi -213) abituriyent iştirak edib.

Bu gün ixtisas seçimi etmiş abituriyentlərin yerləşdirilməsi aparılacaq və müsabiqənin nəticələri axşam saatlarında elan olunacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA