mumtv.az
mumtv.az

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır
11-09-2020, 17:10 37 dəfə baxılıb

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

 


Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA