mumtv.az
mumtv.az

DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA

DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA
8-07-2020, 10:49 307 dəfə baxılıb

DİM-dən imtahansız attestat alan məzunlarla bağlı yeni AÇIQLAMA
Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb.

Belə olan halda sual olunur. Kimlər imtahan vermədən attestat ala biləcək?

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, imtahansız attestat almaq hər kəsə şamil olunmur:

 
"Bu məsələ yalnız xaricdə təhsil almaq istəyən şəxslər üçündür. Kim ki xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyir, oxuduğu məktəbə müraciət edir və imtahanda iştirak etmədən onlara attestat verilir. Bundan sonra xarici universitetlərə müraciət edə bilərlər".

Xanlar Xanlarzadə məsələnin tezləşdirilməsinin səbəbini də açıqlayıb:

"Çünki bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatır. Məhz bu hal üçün imtahan vermədən attestat almaq nəzərdə tutulub".

Qeyd edək ki, dünəndən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala biləcəklər.
(Big.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA