Təhsil

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Mumtv.az bildirir ki, mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, iclasda COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti, pandemiyanın təhsil və imtahan prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, virusla əlaqədar müvafiq metodiki göstərişlərə uyğun imtahanlara hazırlıq işləri və s. məsələlər müzakirə edilib

Onlayn iclasda Direktorlar Şurasının üzvləri ilə yanaşı təhsil nazirinin müavini İdris İsayev də iştirak edib.

COVID-19 pandemiyası dövründə DİM-in fəaliyyəti ilə bağlı bağlı məlumat verən sədr Məleykə Abbaszadə qeyd edib ki, bu müddət ərzində DİM-in "Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilib. DİM-in sosial şəbəkə kanallarında müxtəlif mövzulara – COVID-19 pandemiyası, şəxsi inkişaf, inam, vərdiş, öyrənmə motivasiyası və modelləri, stres və onun idarə olunması və digər məsələlərə aid videoçarxlar yerləşdirilib.

Bundan əlavə, xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanları dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanları 2020-ci il iyul ayınadək ödənişsiz edilib. Bu imtahanlara 100 mindən artıq yazılış qeydə alınıb.

Həmçinin pandemiyanın təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədilə təhsil sahəsini, o cümlədən buraxılış və qəbul imtahanlarının keçirilməsini tənzimləyən hüquqi-normativ aktlarda müvəqqəti dəyişikliklərin aparılması barədə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən təkliflər işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub və NK-nın 18 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilib.

Onlayn iclasda iyun ayından etibarən hər həftəsonu ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilmə qrafiki və bununla bağlı görülən hazırlıq işləri də müzakirə edilib.

Qeyd olunub ki, imtahanlar sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunacaq. İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. DİM və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin tabeliyində olan binalara yerində baxış keçirilməsi, imtahan üçün seçilmiş təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyətinin yoxlanılması da vurğulanıb. Həmçinin imtahanlara hazırlıq məqsədilə "Şagird-məzun”, "Tələbə-məzun” elektron məlumat bazalarına məsul şəxslər tərəfindən lazımi informasiyaların daxil edilməsi və s. məsələlər də müzakirə olunub.



Son xəbərlər

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

Bütün xəbərlər