Şou
Şou
Aynişan həyat yoldaşı ilə bütün şəkillərini sildi - Foto
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkədə həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevlə bütün fotolarını silib.
Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, Aynişan Quliyeva ilə Kənan Əliyev İnstaqramda bir-birini qarşılıqlı izləmədən çıxarıblar.
Bununla sosial şəbəkə istifadəçiləri cütlüyün münasibətinin pisləşdiyini və ayrıldığını iddia ediblər.
Qeyd edək ki, Aynişan Quliyeva ilə Kənan Əliyevin toy mərasimi fevralın 1-də baş tutub. Kənan Əliyev fitness məşqçisi olmaqla yanaşı "Best model of Azerbaijan” yarışmasında "Ən yaxşı fitness model” seçilib.