Şou
Şou
"Ömür boyu bağda bu qədər uzun müddət qalmamışdım" - Fotolar
Xalq artisti Nəzakət Teymurova "Evdəkilərə salam" proqramını evində qonaq edib.
Dogruxeber.az Axşam.az-a istinadən xəbər verir ki, xanəndə uzun müddətdir bağda qaldığını deyib. O bildirib ki, karantin günlərində vaxtını bağında keçirib:
"Ömür boyu bağda bu qədər uzun müddət qalmamışdım. Daha çox şəhərdə qalıram. Amma indi buradayam".
Çəkiliş N.Teymurovanın ad günü ərəfəsində aparılıb. Muğam ifaçısı böyük məclis keçirməyi sevmədiyini söyləyib.