Şou
Şou
Bu dəfə cırıq geyimi ilə tənqid edildi - Fotolar
Əməkdar artist Elza Seyidcahan yenə də fərqli görünüşdə obyektiv qarşısına keçib.
Mumtv.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu dəfə cırıq taytdan istifadə edib. Başına isə qara "kapron" keçirib.
Seyidcahan şəkillərinin bir qismini İnstaqramda yayımlayıb. İzləyiciləri isə onu tənqid atəşinə tutublar.
Elzanın ünvanına "Axı nənəsən, bu nə şalvardır", "Şalvarını başa düşdük, it parçalayıb, bəs başına keçirdiyin soğan torbası nədir?", "Yaşına yaraşdırmadım" kimi rəylər yazıblar.