Şou


İlk dəfə getdiyi toydan 100 dollar qonorar aldığını açıqlayan Şəbnəm canlı efirdə ağladı

"Demirəm ki, çox gözələm. Amma görünüşüm ürəyimcədir”.

Mumtv.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan "7 canlı” axşam şousunda deyib.

Müğənni ilk dəfə qatıldığı toydan aldığı qanorarın miqdarını açıqlayıb:

"Məni toya ilk dəfə Əflatun Qubadlı aparıb. Həmin məclisdə cəmi üç mahnı oxudum. Amma gözlədiyimdən qat-qat artıq qonorar aldım - 100 dollar pul verdilər. 2006-ci ildə 100 dollar kifayət qədər böyük pul idi.

O zamanlar şou proqramlara da gedirdim. Qatıldığım verilişlərə Nadir Qafarzadə, Faiq Ağayev gəlirdi. Onlara baxıb fikirləşirdim ki, görəsən, nə vaxtsa mən də onlar kimi belə tələbat duyulan və məşhur olacağam?”

Şəbnəm ifaçılıq qabiliyyətindən də danışıb:

"Peşəkar və öz sözünü deyən sənətkarların tövsiyələrinə qulaq asıram, amma ürəyimi də dinləyirəm. Öz fikrimdə qaldığımdan, heç zaman yanılmamışam. Mən sinədən oxuyuram, boğazdan yox”.

Şounun aparıcısı Vüsalə Əlizadə proqramın gedişatında verilişə gələn məktubu açaraq, bir ananın övladına yazdığı şeiri səsləndirib. Bununla o, həm özünü, həm də müğənni Şəbnəmi kövrədib.

Göz yaşlarına hakim ola biləməyən müğənni "Bu şeir tam mənim həyatımdır, anamın gündəliyində də var. Mən yaş yarımlıq olanda anamı itirmişəm. Həmin gündəliyi atam verib mənə”.

Vüsalə bu şeirin müəllifinin Ş.Tovuzlunun pərəştişkarı olduğunu söyləyib. Müğənni həmin sözlərdən sonra bu xanımla daha yaxından tanış olmaq istədiyini bildirib

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər