Azərbaycan Ordusunun Qarabağı işğalçılardan təmizləmək və ərazi bütövlüyünü təmin etmək məqsədiylə sentyabrın 27-dən başladığı hərbi əməliyyatlara Türkiyə və Pakistan dövlətlərinin verdiyi birmənalı dəstək ölkəmizdə böyük sevgi və coşğuyla qarşılanmaqla yanaşı, əhali arasında hər iki dövlətə qarşı daha isti münasibətlərin formalaşmasına da rəvac verib. Demək olar ki, az qala, hər bir evdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Pakistan respublikalarının bayraqları da asılır.
Mumtv.az bildirir ki, Türkiyə və Pakistana qarşı daha bir hörmət və sayğı jestini Bakı Ali Neft Məktəbi edib.
Ali Məktəbin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında yazıb ki, o, BANM-də oxuyan Türkiyə və Pakistandan olan tələbələrin yataqxana borclarının ləğvi və ümumiyyətlə, bundan sonra onların yataqxanada BANM-in hesabına qalmaları haqda qərar qəbul edib.
Sosial
Sosial
BANM-dən Türkiyə və Pakistandan olan tələbələrə jest - Yataqxana onlara pulsuz olacaq
(Strateq.az)