Sosial

Bu idman qidasından istifadə etməyin – XƏBƏRDARLIQ














Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman qidaları və bioloji fəal əlavələri qəbul edən iki idmançının nümunələrində qadağan edilmiş anabolik maddələr aşkar edib.

MUMTV.az xəbər verir ki, onlarda metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri aşkarlanıb.

İdmançı Azər Əhmədov (atletika) 18 aylıq, idmançı Rüfət İsmayılov (cüdo) isə 12 aylıq diskvalifikasiyaya məruz qalıb. Antidopinq qaydalarına əsasən, ilkin olaraq hər iki idmançıya dörd illik diskvalifikasiya tətbiq edilsə də, AMADA-nın təşəbbüsü ilə keçirilən təhqiqat nəticəsində cəza müddəti azaldılıb.

Beləliklə, R.İsmayılovun diskvalifikasiya müddəti 2018-ci il 22 may tarixində başlayıb və 2019-cu il 22 may tarixində bitib, Azər Əhmədovun cəza müddəti isə 2017-ci il 23 noyabr tarixində başlayıb və 2019-cu il 23 may tarixində bitib.

AMADA-nın araşdırması zamanı məlum olub ki, nümunələrdə dopinqin aşkar edilməsi idmançılar tərəfindən qida əlavəsinin istifadəsi ilə bağlıdır. İdmançıların izahatına əsasən, onlar “Mega Sport” şirkətinin istehsalı olan “AMINO Hardcore” əlavələrini qəbul ediblər.

İdmançılardan götürülmüş qida əlavəsi qutularının üzərində onun tərkibinə qadağan edilmiş maddələrin daxil olması haqqında məlumatın olmamasını nəzərə alaraq, AMADA həmin qida əlavələrini Köln şəhərində yerləşən və WADA (Dünya Antidopinq Agentliyi) tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndərib.

Antidopinq qaydalarına əsasən, idman qidaları və bioloji fəal əlavələr yalnız qeydiyyata alınmış antidopinq qayda pozuntusunun araşdırması zamanı müayinə üçün laboratoriyaya göndərilir.

Müayinə nəticəsində həmin qida əlavələrinin metilstenbolon, metandienon, mestanolon, metiltestosteron, 1-androstenedion, 1-testosteron və oksimesteron maddələri ilə kontaminasiya olunduğu müəyyən edilib.

Bununla bağlı AMADA xəbərdarlıq edir ki, idman qidaları və bioloji fəal əlavələrinin idmançılar tərəfindən istifadəsi onlarda dopinqin aşkarlanmasına gətirib çıxara bilər. Həmçinin idman qidası və bioloji fəal əlavələrinin istehsalçısının öz məhsulunun tərkibi haqqında natamam və ya yanlış məlumat göstərməsi mümkündür. Amma bu, qida əlavəsini qəbul edən idmançıları dopinq testinin müsbət çıxacağı halda məsuliyyətdən azad etmir. /Oxu.Az

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər