mumtv.az
mumtv.az

Xırdalan dairəsi yaxınlığında yeni körpünün tağ hissəsinin montajına başlanılıb

Xırdalan dairəsi yaxınlığında yeni körpünün tağ hissəsinin montajına başlanılıb
14-10-2020, 11:49 38 dəfə baxılıb

Xırdalan dairəsi yaxınlığında yeni körpünün tağ hissəsinin montajına başlanılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. 

Mumtv.az məlumat verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılmışdı.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA