Sosial
Sosial
İşəgötürənlərin diqqətinə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlər tərəfindən məşğulluq haqqında qanunvericilikdə nəzərdə tutulan hesabatların Agentliyə təqdim edilməsi prosesini artıq tam elektronlaşdırıb.
Mumtv.az bildirir ki, həmin hesabatlara "Boş iş yerləri (vakansiyalar) haqqında”, "İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər”, "İş yerlərinin və işçilərin orta illik siyahı sayı”, "İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər” və "İşçilərin hərəkəti” haqqında hesabatlar daxildir.
Agentlik bu hesabatları artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə əldə ediləcək, kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq.
(Qafqazinfo.az)