Sosial

Niyazi Bayramov reyddə iştirak etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin və Gəncə Baş Polis İdarəsi əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində isə qanunamüvafiq qaydada tədbir görülür.

Mumtv.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, növbəti belə reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub. Onlar şəhərdə fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanları və apteklərdə, o cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar.

Xüsusi karantin rejimi tələblərinin icrasına nəzarətin gücləndirilməsi nəticə verməkdədir. Belə ki, xidmət sahələrinin işçiləri fəaliyyətlərini tibbi maska və əlcəkdə davam etdirirlər. Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin hamısına isə xüsusi qabda dezinfeksiyaedici məhlullar yerləşdirilib. Gəncənin apteklərində də yetərli sayta tibbi maska, əlcək və spirt mövcuddur.

 

Bank və ATM-lərin qarşısında növbə gözləyən sakinlər arasında sosial məsafənin qorunmasına da diqqət yetirilir. Şəhər sakinləri arasında tibbi maskadan istifadə edənlərin sayı da nəzərə çarpacaq dərəcədə artıb.

Reyd zamanı sakinlərlə maairfləndirici söhbətlər də aparılıb. COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya qaydalarına əməl edilməsinin önəmi bir daha xatırladılıb. Söhbət zamanı bəzi sakinlər öz sosial problemlərini də dilə gətiriblər. Niyazi Bayramov müraciətlərin araşdırılaraq, dərhal həll edilməsi istiqamətində tapşırıq verib.

Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində qanunamüvafiq formada tədbir görülüb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların üzvlərinin də aktiv şəkildə iştirak etdiyi reyd və maarifləndirici tədbirlə davam etdiriləcək.

 








Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər