mumtv.az
mumtv.az

Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə mikrofloranı zəiflədir – Pediatrdan MƏSLƏHƏT

Sarımsaq koronavirusla mübarizə aparmır, əksinə mikrofloranı zəiflədir – Pediatrdan MƏSLƏHƏT
25-02-2020, 13:53 29 dəfə baxılıb

Koronavirusla bağlı panika, təşviş və sosial şəbəkələrdə yayılan mesajlar, səslər insanlarda stress yaradır. Bu strerin özü koronavirusdan betərdir. Stres vəziyyətində qanda stres hormone yüksəlir, nəticədə immunitet zəifləyir.

Mumtv.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə bildirib. O, stresdən uzaq durmağı virusdan müdafiədə birinci profilaktik tədbir hesab edir.

Həkim sarımsaqla koronavirusdan qorunmaq barədə yayılan məlumatlara da aydınlıq gətirib:

"Sarımsağı bol-bol yemək virusla mubarizədə effektli deyil. Əksinə, sarımsaq antibiotik kimi təsir edir, artıq miqdarda yedikdə bağırsaqda faydalı mikrofloranı öldürür, mikrobiom zəiflədiyində immunitet də düşür.

"Exinacea” və s immunitet dərmanlarını istifadə edib immuniteti aktiv saxladığınızı düşünmək də səhvdir. Bu tip bitkilər leykositlərin interferon hasiletmə gücünü artırır, amma bu immunitetin "yorulmasına”, "tükənməsinə” gətir. Genetik olaraq kim hansı immunitet gücünə sahibdirsə, onunla yaşayır, onunla da döyüşür. Bizə düşən onu aktiv etmək deyil, zəifləməkdən qorumaqdır.

Buna görə də:

– sağlam qidalanaq

– şəkər az yeyək

– meyvə tərəvəzi öldürmədən yeyək

– trans yağlar, marqarini bədənimizə az daxil edək

– probiotik qəbul edək

– antibiotikdən uzaq olaq

– təmiz havada olaq

– üşüməyək, soyuq almayaq”.  /Yeniavaz.com/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA