Sosial

Azərbaycanda işsizliklə bağlı mühüm proqram – İşi olmayan qalmayacaq
 
 
 
 
 
 
 

 
 

 
 
 
 
 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydası”nı təsdiq edib.

"MUMTV.az” xəbər verir ki, qayda "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun  5.1-ci maddəsinə əsasən hazırlanıb.

İşsiz necə qeydə alınacaq? 

-  15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün "Elektron hökumət” və ya "e-sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq” altsistemində forması "Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir.

-  Müraciət MAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat MAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə göndərilir.

-  MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 (beş) iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir.

-  İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması məşğul şəxslərin reyestrində MAS tərəfindən yoxlanılır. İşaxtaranın məşğul şəxs olduğu müəyyən edildikdə, onun işsiz şəxs kimi qeydiyyata alınmasına yol verilmir və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir.

-  İşsiz kimi qeydiyyata alınan şəxsə münasib iş təklifi bu Qaydanın 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

Qaydalara görə, şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman MAS-a daxil etdiyi və MEİS-dən əldəedilən məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir.

Fərdi məşğulluq vərəqində işaxtaran və işsiz şəxslə bağlı aşağıdakı məlumatlar yerləşdirilir:

- fərdi məlumatlar, o cümlədən:

- təhsili və peşəsi (ixtisası);

- məşğulluq tarixçəsi (olduğu təqdirdə);

- təklif olunan münasib iş və aktiv məşğulluq tədbirləri, onların icra vəziyyəti.

Bəs onlara hansı işlər təklif olunacaq?

Qaydalara görə, qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir.

-  İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı MAS-a daxil edərək təsdiqləməlidir. Münasib işdən imtina etdiyi halda, işaxtaran həmin iş təklifini qəbul etməməsi səbəblərini göstərməlidir. Qanunun 6.1-ci, 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq səbəblər Mərkəz tərəfindən əsaslı hesab edildikdə, işaxtarana yeni münasib iş təklif edilir. Əks halda, bu hal münasib işdən imtina hesab edilir. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə mərkəz tərəfindən eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

- İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir.

- Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir.

- İşəgötürən Mərkəzin bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş electron imzası ilə təsdiqləyir. 

- İşaxtaranın işə qəbulu onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq MEİS-in "Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınması ilə, siyahısı "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında isə əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda təsdiqlənir./Yenisabah

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər