Sosial

Eldar Quliyevin kürəkəni məcburi köçkünə qarşı... - GİLEY
 
 
 

 
 
 
Zəngilan rayonundan məcburi köçkün olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 27, mənzil 38-də kirayədə yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən "Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Birinci vitse-prezident Meriban Əliyevaya müraciət edən şikayətçi yazır:

"Hörmətli Mehriban xanım!

11.04.2019-cu il tarixdə mətbuat vasitəsilə Sizə etdiyim müraciətdən sonra Milli Məclisin deputatı Eldar Quliyevin kürəkəni, "Eleqant”MMC, "Kapitol” MTK və "Kapitol” firmasının sahibi Abbas Səfərovun ailə üzvlərimizə qarşı qanunazidd əməllərinə və məcburi köçkün olan ailə üzvlərimizin pozulan hüquqlarına son veriləcəyinə ümid etdiyimiz halda, əksinə, bu arxalı biznesmen, məni susdurmaq üçün hədə-qorxu gəlməyi, məhkəmədən mənim AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməyimə dair xüsusi ittiham qaydasında iddia qaldırmışdır.

Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarla Səfərov Abbas Tofiq oğlunun şikayətinə məhkəmə iclasında baxılmış və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün məcburi köçkün Sadıqova Zərqələm Məhəmməd qızının AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair A.Səfərovun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Abbas Səfərov Nərimanov rayon Məhkəməsinin12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarından apellyasiya şikayəti vermişdir.

2009-cu ildə ailə üzvlərimizi yaşayış hüququndan məhrum edən oğul Abbasın əməllərinin güdazına çevrilərək, AR.CM-nin 306.2-ci maddəsilə məhkum olunmuş 75 yaşlı anası Məhluqə Qibləliyevanın və "Kapitol” firmasının barəsində Bakı Apellyasiya Məhkəməsində 2012- 2016-cı illərdə dəfələrlə tam ədalətsiz və hüquqlarımızın pozulması ilə nəticələnmiş qərarların çıxarılmasına A.Səfərovun necə nail olduğunu nəzərə alsaq, Bakı Apellyasiya Məhkəməsində Abbas Səfərovun necə söz sahibi olduğunu yaxşı bilirik.

Onu da qeyd edim ki, Abbas Səfərovun hər sifarişi hakimlər tərəfindən icra olunmur. Çünki hakimlər içərisində də çox sayda vicdanlı, ləyaqətli insanlar var və biz şəxsən onların şahidi olmuşuq.

Hörmətli Mehriban xanım!

Abbas Səfərovun Nərimanov rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı ədalətli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin CK-nın hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında da ədalətli qərar çıxarılacağına inanırıq.

Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı, Məhkəmə-hüquq sistemində ciddi və ədalətli irəliləyişə səbəb olduğuna şahidik . Bu müsbət dəyişikliklərin Ədliyyə Nazirliyində , Polis və Prokurorluq Orqanlarında da tətbiq olunmasını arzu edirik”.

Son xəbərlər

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Bütün xəbərlər