Sosial

“Bu, 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq” – Açıqlama
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycanda pensiyaların artırılması məsələsi sadə xalqda sevinc yaratsa da ekspertlər burda seviniləcək bir halın olmadığını qeyd edirlər. Belə ki, onların ümumi rəyinə əsasən, minimum pensiyanın artırılması pensiyaya çıxış imkanlarının da məhdudlaşdırılmasına gətirib çıxarır.Yəni, pensiyaya çıxmaq üçün lazım olan tələblər də avtomatik olaraq artır. Pensiyaya çıxmaq üçün minimum kapital məbləği 28800 manat olmalıdır.

Ya 25 il iş stajı sənədin, ya da 28800 manat sığorta hesabında pensiya kapitalın olmalıdır. Bu yoxdursa, vətəndaş pensiya əldə edə bilmir. Bu halda qanun 130 manat qocalıq müavinəti nəzərdə tutur. Gələcəkdə minimum pensya qalxsa sığorta kapitalının da tələbi artacaq.

Belə çıxır ki, pensiya artımı məsələsi əslində faktiki olaraq 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı minimum pensiya ilə əlaqəlidir. Sabah minimum pensiya 250 manata qalxsa, bu kapital 36 min manat təşkil edəcək. 32 il işləmək lzımdır ki bu kapital dolsun.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Azərbaycanda maaş və pensiyaları müxtəlif ölkələrlə müqayisə etmək doğru deyil.

Rövşən Ağayev 
Rövşən Ağayev

 

"2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği pensiyaçıları üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış”. Hökumət belə deyir, reallıq isə başqadır.

"Əslində iqtisadiyyat üzrə ixtisaslaşmış peşəkar medianın xeyli zaman əvvəl hökumətə verməli olduğu bir sual vardı…

Amma xeyli gözlədim, bu sualı eşitmədim – Dünya Bankının Beynəlxalq Müqayisə Proqramı (International Comparison Program – ICP) çərçivəsində hesabladığı Alıcılıq Qabiliyyəti Pariteti əsasında Azərbaycanda maaş və pensiyaları müxtəlif ölkələrlə müqayisə etmək nəzəri və metodoloji baxımdan nə qədər doğrudur?

Bu sualın cavabı ilə bağlı ayrıca bir məqalə yazmışam, bugünlərdə paylaşacam. Amma dostluğumdakı peşəkarların mövqeyi də mənə çox maraqlıdır.

Yenə deyirəm söhbət ümumiyyətlə Alıcılıq Qabiliyyəti Pariteti əsasında müqayisədən getmir – belə müqayisənin problemi yoxdur. Mənim vurğum məhz Beynəlxalq Müqayisə Proqramı çərçivəsində hesablanan Alıcılıq Qabiliyyəti Paritetinə əsasən müqayisədən gedir.

Məlumat üçün deyim ki, 2018-ci ilin yekunlarına görə Dünya Bankı Beynəlxalq Müqayisə Proqramı çərçivəsində AQP əsasında manat-dollar real məzənnəsini 0.42 manat=1 dollar müəyyən edib. İl üzrə orta nominal məzənnə isə 1 dollar=1.7 manat olub. Çox maraqlı, peşəkar müzakirə açılası mövzudur.

Hətta artıq ölkə prezidentinin çıxışlarında bu müqayisə yer alır”- deyə o bildirib. Müqayisə üçün deyək ki, Azərbaycanda 1000 nəfərə 129 pensiyaçı düşür, bu Ermənistanda 154, Rusiyada 296, Belarus 273 təşkil edir. (bizimyol.info)


Son xəbərlər

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

Bütün xəbərlər