Sosial

“İşığı, suyu kəsilən zirzəmidə yaşayırıq” - Fotolar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Suraxanı rayonu, T. Bağırov ( indiki adı Park 32) küçəsində qəzalı binada yaşayan Xalidə Quliyeva rayon icra hakimiyyətindən şikayətçidir.

O, bununla bağlı "Qafqazinfo”ya müraciətində bildirib ki, ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin köçürülməsi ilə tapşırıq verib: "Bu proses artıq yekunlaşmaq üzrədir. Bizim binada sakinlərdən çoxu kompensasiyalarını alaraq köçüblər. Biz də binanın zirzəmisində yoldaşım, oğlum, 80 yaşlı qayınanam, şəhid ailəsinin gəlini olan qızım və oğluyla bərabər yaşayırıq.

Prezidentin tapşırığı da odur ki, qəzalı vəziyyətdə olan binaların zirzəmisində yaşayan sakinlər üçün 30 min manat kompensasiya ödənilməlidir. Bu ilin iyun ayında Suraxanı icra hakimiyyətindən çağırıb dedilər ki, "Kapital Bank” da adınıza hesab açdırın, pulu köçürək. Amma bu günə kimi pul köçürülməyib. Artıq binadan qaçqınlar köçürülüb. Buna görə də binanın kommunalları kəsilib. Evdə bu qədər adamla işıqsız, susuz qalmışıq. 2016- ci ildə suyu rəsmiləşdirmişik. 2018-də "Azərsu” bizə sayğac da qoyub. 2016- ci ildə Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyi ilə orada yaşamaq üçün rəsmi müqavilə də bağlamışıq. Bunun üçün 2500 manat da ödəmişik. 1 ildən sonra müqaviləni yenilənməsi üçün təkrar müraciət etdiyimizdə Akif adlı şəxs dedi ki, siz gedin, biz yeniləyəciyik. İşığı birinci mərtəbədə yaşayan qaynımgildən aldığımıza görə pulu bir yerdə ödəmişik. Qonşular da notariusda təsdiqləyib ki, biz həmin zirzəmidə yaşayırıq. Amma icra bəhanə edir ki, su, işıq guya bizim adımıza deyil. Biz icra hakimiyyətində köçürülmə işinə nəzarət edən Etibar Yolçuyevlə danışdıq. Dedi ki, bizim adımızı Maliyyə Nazirliyinə göndərməyiblər. Ancaq biz Maliyyə Nazirliyindən öyrəndik ki, adımız ordadır, hətta bizim adımıza 30 yox, 37 min manat pul köçürülüb. Təkrar bunları bildirəndə dedi ki, həmin pulu dövlət büdcəsinə qaytaracaqlar. Harada görülüb ki, ölkə başçısının qəzalı binada yaşayan sakin üçün ayırdığı vəsait dövlət büdcəsinə qaytarılsın? Bu barədə iyul ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da müraciət etdik. O da rayon icra başçısına məsələnin həll edilməsi ilə bağlı tapşırıq verib. Amma icra başçısı bu tapşırığa da əməl etmir. Prezident də tapşırıq verib ki, vətəndaşlar incidilməsin. Amma biz hazırda işığı, suyu kəsilən bir zirzəmidə yaşamağa məcbur qalmışıq. Bu barədə artıq birinci vitse-prezidentin katibliyinə də müraciət etmişik”.



"Qafqazinfo” məsələ ilə bağlı Suraxanı İH-yə müraciət edib. İH-dən bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyinin və s. təşkilatların nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib edilmiş 29.01.2016-cı il tarixli aktlarda Suraxanı rayonunda bəzi binaların, o cümlədən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olması göstərilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Suraxanı RİH-yə daxil olmuş 07.05.2019-cu il tarixli 7-214/7g saylı məktubuna əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılmış birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılmış, binalarda yaşayan ailələrin sayı, mənzillər və onların sahələri müəyyənləşdirilmiş, sahəsi 30 m2 və daha az olan mənzildə yaşayan ailələrin hər birinə 30 000,0 (otuz min) manat, sahəsi 30 m2-dən çox olan mənzildə yaşayan ailələrin hər birinə ümumi sahənin 1 (bir) m2-i üçün 1000,0 (min) manat olmaqla birdəfəlik maddi yardımın, ev əşyalarının daşınması və bir aylıq kirayə haqlarına görə hər ailə üçün 500,0 (beş yüz) manat vəsaitin ödənilməsi işlərinə başlanılıb.

Aparılan dəqiqləşmə işləri nəticəsində şikayətçi Quliyeva Xalidə İslam qızının iddia etdiyi kimi qəzalı binanıın zirzəmisində yaşamadığı, birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulan qaynı (ərinin qardaşı) Quliyev Əsəd Bəylər oğluna məxsus mənzildə məskunlaşdığı aşkar olunmuş, köçürülmə işlərinin həyata keçirildiyi vaxtlarda dövlət büdcəsindən vəsait əldə etmək niyyəti ilə o, binanın zirzəmi hissəsindən əlavə otaq zəbt etdiyindən qarşısının alınması məqsədi ilə 74 saylı MKİS tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.

Məlumat üçün bildiririk ki, sözügedən qəzalı binada yerləşən və Quliyev Əsəd Bəylər oğlunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 40,3 m2 olan 1 otaqlı 2 saylı mənzilin 40 300 (qırx min üç yüz) azn birdəfəlik maddi yardım, bir aylıq kirayə haqqı və əşyaların daşınması üçün 500 (beş yüz) azn olmaqla ümumilikdə 40 800 (qırx min səkkiz yüz) azn vəsait müqabilində boşaldılmasına dair edilən təkliflə mənzil mülkiyyətçisi razılaşmadığından, orada məskunlaşan şəxslərin, o cümlədən Quliyeva Xalidə İslam qızının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə RİH tərəfindən birdəfəlik maddi yardım ödənilməklə mənzilin boşaldılmasına dair məhkəmə qaydasında iddia qaldırılmış, 23.09.2019-cu il tarixli qətnamə ilə həmin iddia təmin edilib.


Son xəbərlər

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Bütün xəbərlər