Sosial

Cütlüklər niyə boşanır? – Kişi puluna güvənib aldadır, qadın uşağı göstərməməklə hədələyir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb. Boşananlar arasında 1932 cütlüyün nikahı 20 il və daha çox davam edib.

Vəkil Şəfiqə Nağıyeva məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, tək 20 il deyil, 30 ildən sonra boşananlar da çoxdur:

"Hazırda ölkəmizdə boşanmaların sayı artıb. Bunun qarşısını almaq lazımdır. Hazırda boşanmalar daha çox xəyanətlə bağlıdır. Mənə gələn müraciətlərdə qadınların xəyanəti üstünlük təşkil edir. Bütün yaş qruplarında olan qadınlar kişilərə xəyanət edir. Kişi heç ağlına belə gətirə bilmir ki, qadın ona xəyanət edir. Evdə oturan qadınlar belə başqaları ilə gəzir.  

 

Boşanmalar daha çox telefon, sosial şəbəkələr və orada qoyulan qeyri-etik şəkillərlə bağlıdır. Qadınlar öz səhifələrinə birabırçı şəkildə elə şəkillər qoyurlar ki, mən qadın olaraq utanıram. Mənə müraciət edənlərin çox qismi boşanmalarla bağlıdır.

Məsələn, 20 nəfərdən 15-i boşanma ilə bağlı müraciət edir. Kişilərin xəyanətə uğraması halları üstündür. Deyilənin doğru olub-olmadığını müəyyənləşdirmək üçün telefona baxanda, həqiqətən, qadınların başqa kişilərlə mesajlaşdığının və pis-pis şəkillər göndərdiyinin şahidi oluram. Məhkəmədə haqlı olaraq uşaqları anaların əlindən alıb atalara verir.

Ümumiyyətlə, qadınların sosial şəbəkələrdə biabırçı şəkillər paylaşması və kişi tapmaq üçün nələrsə yazmaları artıb. Mən də kişilərin yerinə olsam, onları bağışlamaram.

Eyni zamanda, bəzi kişilərin imkanı olduğu üçün həyat yoldaşına xəyanət edir. Evli ola-ola başqa birini saxlayır. Məsələn, 60 yaşında kişi arvadına aldadaraq başqa qadın saxlayır. Nəticədə də ailə dağılıb. Ciddi səbəb olmadan, müəyyən narazılıqlar və valideynlərin müdaxiləsi nəticəsində də ailələrin dağıldığının şahidi oluruq”.

Şəfiqə Nağıyeva onu da əlavə edib ki, ailələr dağılanda ən çox uşaqlar əziyyət çəkir:

"Ana boşananda uşağı ataya göstərmir. Kişiyə pul verdikdən sonra uşağı görə biləcəyini deyir. Həmçinin, bəzi qadınlar alimentdən əziyyət çəkir.  Alimentlərin verilməsi üçün fond yaradılmalıdır.

Çünki qaçıb gizlənən, alimenti verməkdən yayınan  kişilər çoxdur. Fond alimentlərin verilməsində mühüm rol oynayacaq. Heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək”.


Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Bütün xəbərlər