Sosial

 
 
 
 
 
 
 
Son günlər sosial şəbəkələrdə valideynlər övladlarının gündəlik dərs yükünün ağırlığından şikayət edirlər. Valideynlərin sözlərinə görədəsr bölgüsü düzgün aparılmır. Məsələn, 11-12 yaşlı uşaqlara eyni gündə 3 dildən (Azərbaycan dili, rus dili və ingilis dili) dərs keçirilir və ya 6 saatlıq dərsdən sonra fizika fənni tədris olunur.

Bəs fənlərin belə tədris olunması nə dərəcə effektiv ola bilər?

Bununla bağlı "Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov fənnlərin dügzün bölüşdürülməməsində direktorları günahlandırıb:

"Dövlət tərəfindən həftəlik dərs yükü müəyyənləşəndə orda şagirdlərin bilik və bacarıqları, psixoloji vəziyyətləri nəzərə alınır. Məsələn, deyirlər ki, həftədə 2 dəfə tarix keçin, amma tarixi eyni gündə keçin demirlər. Tarix, Riyaziyyat, İngilis dili və s. - bunlar informasiya yüklü fənlərdir. Nələrisə əzbərləyib, öyrənib, yadında saxlamalısan. Bizim direktorlar neynəyirlər? Müəllimlərdən pul alırlar ki, gəl sənin dərslərini eyni günə salaq və ya 2-3 günə salaq. Bu zaman ağır dərslər üst-üstə düşür. Fiziki tərbiyə və ya bu tipli dərslər əbəs yerə salınmır. Bunlar zehni 1-2 fənndən sonra şagirdlərin fiziki və psixoloji dincəlməsi üçün lazımdır. Ağır dərsləri son saatlara sala bilməzsiniz. Dərs yükü ilə bağlı təlimatlar var. Məsələn fizika, kimya və bu kimi fənlər sona salınmamalıdır. Niyə? Çünki o vaxta kimi şagird yorulur, enerjisi itir. Yəni ağır fənlər mütləq surətdə ilk saatlara salınmalıdır".

Ekspert şagirdlərin həddən artıq yüklənməsində kitabların düzgün tərtib olunmamasının da rolu olduğunu qeyd edib:

"Onsuz da bizim dərsliklərin informasiya yükü həddən artıq çoxdur. Nəinki yuxarı sinif şagirdlərinin, həmçinin aşağı sinif şagirdlərinin dərslikləri düzgün tərtib olunmayıb. Diqqətlə nəzər yetirsək, görərik ki, 1-2-ci siniflərin dərs yükü 7-8-ci siniflərin dərs yükü ilə eynidir. Ordakı sözlərin, cümlələrin, terminlərin sayı standartlara uyğun deyil. Siz Azərbaycan tarixi və ya hər hansı tarix kitabını qabağınıza qoysanız, görəcəksiniz ki, bir səhifədə 10-dan çox termin, hökmdar adı, il var. Bir kitabda ümumilikdə, 2000-dən çox fakt var. Şagirdlər robot deyil. Biz vacib məlumatları vermirik, kitabları informasiya yükü ilə doldururuq. Dərs bölgülərində obyektivlik olmalıdır. Ancaq heç bir qurum buna nəzarəti həyata keçirmir”.("Yeni Sabah”)

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər