Siyasət

Sabiq deputat ermənilərə un göndərirmiş? - Şok detallar
 
 
 
 
 
 
 
 
 
 

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı Qarabağın ərazisində yaşayan ermənilərə paylanan un məhsulları ilə bağlı gündəmə gəlib. Məsələ burasındadır ki, Xankəndində yaşayan ermənilərə Rusiya tərəfindən göndərilən humanitar yardımla bağlı yayılan fotolarda qalaqlanmış un kisələrinin üzərində aydın şəkildə "Karmen” sözü oxunur.

Mumtv.az Musavat.com-a istinadən xəbər verir ki, "Karmen” ticarət markası keçmiş deputata məxsus Karat MMC-yə məxsusdur və onun çoxsaylı dəyirmanlarında istehsal olunan un və un məhsulları bu adla satışa çıxarılır. Rusiya Müdafiə Nazirliyinin yardımla bağlı yaydığı fotolardan birində görünür ki, Əsabil Qasımovun şirkətinin istehsal etdiyi "Karmen” unu ermənilərin istifadəsindədir. Həmin unların kisələrlə Rusiya tərəfindən humanitar yardım olaraq Xankəndinə aparıldığı və ya ermənilərin digər mənbədən əldə etdikləri bilinmir.

Əsabil Qasımov deputat olduğu zamanlardan bəllidir ki, o, Azərbaycandan kənarda özünə geniş biznes yaradıb. Sabiq deputatın 2010-cu ildən Qazaxıstanda "Carkulskiy Elavator” taxıl kombinatı fəaliyyət göstərir. "Carkulskiy Elavator” Qazaxıstanın ən böyük taxıl istehsalçısı olan Kustanay vilayətinin Fyodrovka rayonunda yerləşən 4 iri kombinatdan biridir. Günlük taxıl qəbulu, qurudulması və təmizləmə gücü 6 min ton təşkil edir.

"Carkulskiy Elavator”un əsas səhmdarları eks-deputata məxsus "Karat”, "Karmen”, "Aveta” və "Gəncə Dəyirman” məhdud məsuliyyətli cəmiyyətləridir. Digər səhmdarlar arasında fiziki şəxslərdən Əsabil Qasımov və 10-a yaxın qohumu var. Həmin məhsulların Rusiya tərəfindən Qazaxıstandan alınaraq Ermənistana, oradan isə Xankəndində yaşayan ermənilərə çatdırılması istisna deyil.

Digər bir versiyaya görə, Xankəndinə "Karmen” unları Gürcüstandan aparılıb. Əsabil Qasımovun Gürcüstanda 3 min hektara yaxın torpaq sahəsinin olduğu deyilir. Bu baxımdan "Karmen” un və un məhsulları məhz Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Xankəndinə aparıla bilər. Gürcüstan bazarının un tələbatının 50 faizinin Əsabil Qasımovun şirkətinin nəzarətində olduğu haqda da məlumatlar var. Gürcüstan bazarından ermənilər tərəfindən un alınaraq, Ermənistan ərazisi vasitəsilə Dağlıq Qarabağda olan mülki ermənilərə satılır. Bu problem əvvəllər də yaranıb. Son 10 il ərzində Əsabil Qasımov Milli Məclisin üzvü olduğu dönəmlərdə də dəfələrlə onun şirkətinin istehsalı olan un və un məhsullarının Ermənistanda satışda olması haqda xəbərlər, fotofaktlar yayılıb.

Hətta Əsabil Qasımov deputat kreslosunda oturduğu günlərdə belə iddialar da vardı ki, "Karmen” sözündəki ilk hərfi, yəni "K”nı çıxdıqda "Armen” sözü alınır və ticarət markası olaraq da adın seçilməsi bu məqamdan qaynaqlanıb.

Bununla belə, uzun illərdir ki, Əsabil Qasımovun müxtəlif dövlətlərin ərazilərində yerləşən şirkətlərinin istehsalı olan un məhsullarının Ermənistanda satılmasına münasibəti bəlli deyil. Onun bu məsələdə biznes maraqlarını, yoxsa milli maraqları əsas götürməsi də bilinmir. Gedişat belə ehtimal irəli sürməyə imkan verir ki, eks-deputat daha çox biznes maraqlarına üstünlük verir.

Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu "Karat Holdinq”in tərkibinə-Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market” daxildir. Gürcüstan bazarını nəzarətdə saxlamağa imkan verən un dəyirmanları da Əsabil Qasımovun ailə şirkəti olan "Karat Holdinq”ə məxsusdur.


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər