Siyasət

Hikmət Hacıyev: "Bərdənin yenidən raket atəşinə tutulması Ermənistan tərəfindən genosid aktıdır"
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
"Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın vandalizmi və müharibə cinayətləri davam edir”.
Mumtv.az bildirir ki, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi bu gün Bərdənin yenidən raket atəşinə tutulmasını genosid aktı adlandırıb: "Bu, Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən davam edən vandalizmin, barbarlığın növbəti bariz nümunəsidir. Dünən Ermənistan hərbi rəhbərliyi isə bəyan edirdi ki, bizə hücum edəcəklər. Biz inanırdıq ki, onlar müharibədə öz sözünü deyəcəklər. Amma onlar mülki şəxslərə hücum etməyə qərar veriblər. Bərdə Tərtərdən geridədir. Orada heç bir hərbi təyinat yeri yoxdur. Eyni zamanda raket düşən ərazi bazar kimi fəaliyyət göstərirdi və ərazidə ticarət obyektləri var idi. Bu, tam şəkildə mülki obyektdir. Buna başqa ad vermək olmaz. Bu, terrorçuluqdur, soyqırımdır, onların işi-gücü ancaq mülki şəxsləri öldürməkdən ibarətdir. Biz də beynəlxalq ictimaiyyətə üzümüzü tutub söyləyirik ki, bu terror qınanılmalıdır. Baş verənlər Ermənistanın yüksək rəhbərliyi tərəfindən icra olunan terror siyasətidir. Biz bilirik ki, raketlər necə atılır. Bu raketlərin atılması əmri şəxsən Ermənistanın Baş Naziri Nikol Paşinyan tərəfindən gəlir. Azərbaycanın siyasəti bəllidir. Biz heç bir şəkildə mülki şəxslərə hücum etmirik və tam şəkildə ondan çəkinirik. Onlar bizim hərbi obyektlərimizə hücum edəndə biz onların hərbi obyektlərinə hücum edirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin əlində bu raketlər olduqca onlar bu mənfur siyasətini davam etdirəcəklər”. 
(Apa.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər