mumtv.az
mumtv.az

Deputat mədəniyyət işçiləri ilə görüşdü

Deputat mədəniyyət işçiləri ilə görüşdü
14-09-2020, 13:54 11 dəfə baxılıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın qayğı və təkliflərini dinləyib.

Mumtv .az bildirir ki, bundan başqa, Qənirə Paşayevanın köməkçisi tərəfindən 100-dən çox müraciət dinlənilib, həlli istiqamətində addımlar atılıb.

Q.Paşayeva həmçinin son 8 gündə 30-a yaxın mədəniyyət sahəsi işçisini tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparıb və qurumlara müraciətlər göndərib.

Sakinlərin müraciətləri arasında isə müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Vətəndaşlarla müzakirələr zamanı Q.Paşayeva koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA