Siyasət

"Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim "Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, "Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik". 

Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısı bildirib ki, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir:

 

"Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır.

İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir. Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq".


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər