Siyasət
Siyasət
Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı
Madaqaskarın təhsil naziri Ricasoa Andriamanana 2,2 milyon dollar məbləğində konfet və şirniyyat almaq planına görə vəzifəsindən azad edilib.
Mumtv.az Modern.az-a istinadən xəbər verir ki, nazir koronavirus pandemiyasından sonra şagird və tələbələrə paylanması üçün konfet almağı planlaşdırıb.
Qeyd olunur ki, ölkə Prezidenti Andri Racoelina bu planı qəbul etməyib və təhsil nazirini vəsaitləri mənimsəmək cəhdində ittiham edib.