mumtv.az
mumtv.az

Lukaşenko yeni Baş nazir təyin etdi

Lukaşenko yeni Baş nazir təyin etdi
4-06-2020, 14:46 371 dəfə baxılıb

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni hökumətini formalaşdırıb.

Artıq xəbər verdiyimiz kimi, ölkə Prezidentinin sərəncamı ilə Roman Qolovçenko Belarusun yeni Baş naziri təyin olunub.

Bundan başqa İvan Tertel Dövlət Nəzarəti Komitəsinin sədri, Nikolay Snopkov Baş nazirin birinci müavini, Aleksandr Subotin Baş nazirin müavini, Ruslan Parxomoviç Tikinti və Arxitektura naziri, İqor Lutski İnformasiya naziri, Petr Parxomçik Sənaye naziri, Yuriy Seliverstov Maliyyə naziri, Dmitriy Matusoviç Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sədri, Dmitriy Pantus Belarus Hərbi Sənaye Dövlət Komitəsinin sədri, Andey Xmel Yaşayış Kommunal Təsərrüfatı naziri, Dmitriy Krutoy Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonu yeni Baş nazir təyin edib.

Bu barədə "Belta” agentliyi məlumat yayıb.

Roman Qolovçenko buna qədər Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edib.

Qeyd edək ki, dünən Aleksandr Lukaşenko hökumətin buraxılması ilə bağlı sərəncam imzalamışdı.

(Virtualaz.org)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA