mumtv.az
mumtv.az

Hakimiyyəti bölə bilmədilər, 34 nazirlik yaratdılar

Hakimiyyəti bölə bilmədilər, 34 nazirlik yaratdılar
18-05-2020, 11:18 40 dəfə baxılıb

Hakimiyyəti bölə bilmədilər, 34 nazirlik yaratdılar

İsraildə baş nazir Benjamin Netanyahu və siyasi rəqibi Beni Qantzın yaratdığı koalisiya hökuməti parlamentin təsdiqindən sonra and içib. 

Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, beləliklə, İsraildə 2018-ci ildən bəri davam edən hökumət böhranı bu gün rəsmi şəkildə başa çatıb. 

Bildirək ki, Netanyahu hazırkı baş nazir kimi, Qantz isə ehtiyat baş nazir, gələcək baş nazir və müdafiə naziri olaraq and içib. 

Netanyahu andiçmə mərasimindən əvvəl verdiyi açıqlamada Qərb sahilinin bəzi bölgələrinin ilhaq edilməli olduğunu vurğulayıb. Onun fikrincə, bu ilhaq bölgəyə barış gətirəcək: "Bu ərazilər Yəhudi xalqının doğulduğu və böyüdüyü yerlərdir. Burada İsrail qanunlarını tətbiq etmənin və sionizm tarixinin şanlı bir bölümünü qələmə almanın zamanı çatıb". 

Qeyd edək ki, İsraildə qurulan koalisiya hökuməti 34 nazirlik ilə ölkə tarixindəki ən çox nazirliyin olduğu hökumətdir. Digər tərəfdən 2018-dən bəri İsraildə 3 erkən seçki keçirilib. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA