Siyasət

Sarkisyan 7 rayonu qaytarmağa razılaşmışdı? — Gizli təkliflər paketinin detalları açıqlandı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Ermənistanda hazırkı hökumətin ən qatı rəqiblərindən və tənqidçilərindən sayılan, qondarma "DQR”-in "təhlükəsizlik katibi” olmuş general Vitali Balasanyanın son mətbuat konfransı işğalçı dövlətdə böyük səs-küyə səbəb olub. Balasanyan Nikol Paşinyanın bütün istiqamətlər üzrə fəaliyyətini sərt şəkildə tənqid edib və onun Qarabağ münaqişəsinin həllindəki mövqeyini xüsusi olaraq pisləyib.

Paşinyanın Qarabağ siyasətini tənqid edən separatçı rejimin generalı deyib ki, 2018-ci il inqilabınadək, yəni Serj Sarkisyan hakimiyyəti devrilənədək danışıqlar masasında olan təkliflər paketindən imtina etmək olmaz. Yəni Serj Sarkisyanın əldə etdiyi nəticələri Paşinyan qəbul etməli və danışıqlar həmin məntiqlə davam etdirilməlidir.

Demokrat.az xəbər verir ki, Ermənistanın "1in.am” mətbu orqanında V.Balasanyanın nəzərdə tutduğu təkliflər paketinin nədən ibarət olduğu və Azərbaycan tərəfilə aparılan danışıqlarda Serj Sarkisyanın hansı nəticələrlə razılaşdığına dair yazı dərc edilib. 

"Strateq.az” saytının tərcüməsini təqdim etdiyi həmin yazıda həmsədrlərin 18 yanvar 2018-ci ildə təqdim etdiyi və belə görünür ki, S.Sarkisyan hakimiyyətinin də razılaşdığı təkliflər yer alıb.

Krakovda hazırlanan təkliflərin mətninin 3 bənddən ibarət olduğu göstərilir. Elə birinci bənddə təklif olunur ki, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin saxlanması şərtilə, yeddi rayonun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması təmin olunsun. Həmin bənddə daha sonra göstərilir:

- Tərəflər arasında razılaşdırılmış müddətdə BMT və ya ATƏT-in himayəsi altında Dağlıq Qarabağın bütün əhalisinin iradəsinin sərbəst ifadəsi olan – beynəlxalq hüququn norma və prinsiplərinə uyğun və hüquqi planda məcburi olacaq, səsverməyə qoyulacaq sual və ya sualların məhdudlaşdırılmayacağını və statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi;

– Regionda siyasi, ticarət, iqtisadi və humanitar əlaqələrin tam tənzimlənməsi;

– Mehriban qonşuluq əməkdaşlığının bərpa edilməsi;

– Cənubi Qafqaz regionunda sabitliyin tam təmin edilməsi.

2-ci bənddə isə əraziyə beynəlxalq sülhməramlı qüvvələrin gətirilməsi və onların Dağlıq Qarabağın sərhədi boyunca yerləşdirilməsi nəzərdə tutulur:

- Beynəlxalq birliyin dəstəyilə təzə yerə köçürülənlər 1-ci abzasda göstərilən 5 rayonu tərk edəcəklər. Beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən və hazırda bu rayonlarda olan silahlı qüvvələrin çıxarılmasından sonra, Azərbaycanın mülki hakimiyyət orqanları göstərilən ərazilərə daxil olacaqlar.

- Beynəlxalq sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri boyunca – Kəlbəcər və Laçın rayonlarının tərkibinə daxil olan hissələr istisna olmaqla – yerləşdiriləcək. Kəlbəcər rayonu ATƏT-in keçid monitorinqi altında qalacaq.

Nəhayət, 3-cü bənddə sözügedən prosesin həyata keçirildiyi müddətdə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi nəzərdə tutulubmuş:

- Eyni zamanda, yuxarıda göstərilən tədbirlərin görülməsinə paralel olaraq, yekun statusun müəyyən edilməsinədək Dağlıq Qarabağa gündəlik həyatının təşkilinə zəmanət verən müvəqqəti status verilməlidir.

ilham pasinyan

Göründüyü kimi, bu təkliflərdə əvvəlcə 5, sonra isə Ermənistanla qondarma "DQR” arasında dəhliz yaradılması şərtilə 2 rayonun azad edilməsi nəzərdə tutulur. Lakin bütün bunlar qondarma rejimin ərazisində "statusla bağlı bütün variantları əhatə edə biləcəyini nəzərə alacaq ümumi səsvermənin keçirilməsi yolu ilə Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi” şərtilə həyata keçiriləcək. Yəni ki, qondarma DQR-də müstəqilliklə bağlı səsvermə keçirilməsi və onun nəticələrinin tanınması kimi şərt qoyulub. Yəni ki, azərbaycanlı əhalinin hərbi təcavüz və soyqırım vasitəsilə qovulduğu üçün iştirak etməyəcəyi bir səsvermə keçirilməli və tərəflər onun nəticəsilə razılaşmalıdır. 

Bu isə faktiki olaraq, DQR-in öz statusunu özünün müəyyən edəcəyi və Azərbaycanın ərazi bütövlüyünün sual altına alınması anlamını daşıyır. Və bunun da əvəzində Ermənistanın etməli olduğu güzəşt, sadəcə, Dağlıq Qarabağın ətrafındakı 5 rayonu, sonra isə 2 rayonun bir hissəsini Azərbaycana qaytarmaqdır.

Erməni mətbuatı həmçinin yazır ki, hazırda Serj Sarkisyan, Robert Koçaryan və Bako Saakyanın kollektiv sözçüsü rolunda çıxış edən Vitali Balasanyan mövzu ilə bağlı açıqlamalarında RF XİN başçısı Sergey Lavrovun adını səsləndirir. "Lavrov planında” isə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının aralıq status olmadan da Azərbaycana qaytarılması nəzərdə tutulur. Ermənilər bildirirlər ki, "Lavrov planı” ümumiyyətlə Dağlıq Qarabağın statusuna heç cür təsir etmir.

Erməni mətbuatında çıxan məlumatlara görə, Vitali Balasanyan öz mətbuat konfransını Serj Sarkisyan, Robert Koçaryan və qondarma rejimin rəhbəri Bako Saakyanla razılaşdırmalardan sonra keçirib. Deməli, əvvəlki hakimiyyət və qondarma rejim rəhbərliyi bu təkliflərlə razılaşıb. Lakin Nikol Paşinyan hakimiyyəti hətta Azərbaycan üçün 7 rayonun qismən qaytarılması müqabilində Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaracaq bu təkliflərlə belə razılaşmaq niyyətində deyil. Bu isə bir daha sübut edir ki, Ermənistan tərəfi danışıqlar, sülh, əmin-amanlıq dilini anlamır, heç vaxt da anlamayacaqlar. Və bu ölkə ilə yalnız onun başa düşdüyü və layiq olduğu dildə danışmaq lazımdır…


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər