Səhiyyə
Özümüzə diqqət etməsək, səhiyyə sistemi... - Harmancı
Əgər özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək.
Mumtv.az xəbər verir ki, bunu Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, ən birinci vaistə qorunmaqdır və gigyenik qaydalara əməl edilməsidir.
"Bilirsiz ki, Azərbaycanda koronavirus artır. Hər kəsin olduqca diqqət etəməsi lazımdır. Artım bu şəkildə davam edərsə səhiyyə sistemi bu yükün altından çıxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazmdır. Xüsusən qış aylarında bütün gigyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür son 10 gündə yolxuma sayında kiçik də olsa azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”-deyə H.Harmancı qeyd edib.