Səhiyyə
Səhiyyə
67 yaşlı Nilgün Belgün koronavirusa yoluxdu
Türkiyənin əməkdar aktrisası, yazar Nilgün Belgün koronavirusa yoluxub.
Mumtv.az bildirir ki, bu barədə teatr aktrisasının qızı Oylum Seçin məlumat verib. Bildirib ki, aktrisa hazırda özəl xəstəxanaların birində müalicə alır, vəziyyəti qənaətbəxşdir.
"Anamın "COVID- 19” testi müsbət çıxdı. Vəziyyəti ağır deyil. Dualarınızı əksik etməyin”,- deyə 67 yaşlı Belgünün qızı bildirib.