Səhiyyə
Səhiyyə
Rusiyada koronavirus daha 130 nəfərin həyatına son qoydu
Rusiyada son sutka ərzində daha 4 945 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 897 min 599-a çatıb.
Mumtv.az yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 694 nəfər.
Son bir gündə virusdan həm də 130 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 15 min 131 nəfər olub.
İndiyədək 703 min 175 pasiyent sağalıb.
Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.