Səhiyyə
Səhiyyə
Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb
Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması davam edir.
Mumtv.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib.
ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir.
Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya və İsveçin "AstraZeneca" birgə şirkəti və ABŞ-ın "Moderna" şirkətinin vaksin hazırlığının sürətlə getdiyi bildirilmişdi. Bu şirkətlərin məhsulunun yaxın zamanlarda sınaqların ikinci və üçüncü mərhələlərinə keçidi gözlənilir.