Səhiyyə
Səhiyyə
Koronavirusa yoluxanların sayı 10 milyon 412 mini keçdi
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 milyon 412 min 421 nəfərə çatıb.
Kanal14.az Virtualaz.org-a istinadən bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan "Worldometers" saytı yayıb.
Bildirilir ki, virusundan ölənlərin sayı 508 min 228 nəfərdir. İndiyədək 5 milyon 668 min 668 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Virus 213 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.