mumtv.az
mumtv.az

Azərbaycanlı pianoçu Almaniyada Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub

Azərbaycanlı pianoçu Almaniyada Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub
12-09-2020, 16:52 44 dəfə baxılıb

Azərbaycanlı pianoçu Almaniyada Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub

Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub. 

Mumtv.az APA-nın məlumatına əsasən bildiirir ki, 8-11 sentyabr tarixində Almaniyanın Axen şəhərinin Konservatoriyasında keçirilmiş Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən böyük müsabiqələrindən biridir. Bu il baş tutan müsabiqədə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan gəlmiş məşhur musiqiçilərin iştirakı ilə 8 münsif - pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları iştirak ediblər. Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen şəhərinin İcra Hakimiyyəti olub. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur "Bal” zalında keçirilib. 

Bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk müsabiqə olub, alman mətbuatında geniş işıqlandırılıb. 

Müsabiqənin 2-ci və 3-cü mərhələləri "Youtube” kanalı vasitəsilə canlı yayımlanaraq təqdim olunub.

Mürəkkəb proqram şərtləri və 3 mərhələli müsabiqədə dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçı qatılıb. Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın "Simfonik etüdlər” silsiləsi və L.V.Behhovenin "Avrora” sonatası ilə çıxış edib. 

Müsabiqənin finalına ancaq 3 iştirakçı - Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçib. Finalda Toğrul Hüsenli V.A.Motsartın KV310 və S. Prokofyevin 7 saylı sonatalarını  yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüseynliyə təqdim edilib. 


 
1 / 7

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA