mumtv.az
mumtv.az

Gənc jurnalist “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitab yazdı

Gənc jurnalist “Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitab yazdı
23-08-2020, 13:20 853 dəfə baxılıb

Gənc jurnalist və yazar, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Leyla Şahın (Əsədullayevanın) "Azərbaycan xarici səfirlərin gözü ilə” adlı kitabı çap olunub.

Mumtv.az Modern.az-ın məlumatına əsasən bildirir ki, kitab Azərbaycandakı xarici səfirlər və diplomatlarla bağlıdır. Kitabda Fransa, Cənubi Koreya, Misir, Argentina, Hindistan, Pakistan, Xorvatiya, digər Avropa və dünya ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin müsahibələri yer alır.
Kitabdakı müsahibələr həm Azərbaycan, həm də ingilis dillərində yayımlanıb.
Kitabın Azərbaycan dilindəki hissəsinin redaktoru tənqidçi Əsəd Cahangir, ingilis dilindəki hissəsinin redaktoru isə Maral Əsədullayevadır. Qeyd edək ki, "Azərbaycan xarici səfirlərin gözü ilə” adlı nəşr müəllifin ilk kitabıdır.
Leyla Şah Modern.az saytı ilə əməkdaşlıq edir...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA