İqtisadiyyat

Kirayə mənzil bazarında ucuz evlərin qiyməti daha çox artıb
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Yeni tədris ilinin başlaması və tələbə adını qazanan minlərlə tələbənin paytaxta axın etməsi kirayə mənzil bazarında da yüksək tələb formalaşdırıb. Digər tərəfdən köhnə evlərin kütləvi olaraq sökülməsi, xüsusən də Sovetskidə  ucuz və kiçik evlərin bazarda çıxması qiymət artımına gətirib çıxarıb. İndi paytaxtın universitetlər yerləşən Səbail, Yasamal kimi rayonlardan mənzillərin qiyməti tələbələrin büdcəsinə uyğun deyil.

 

Mövzu ilə bağlı musavat.com-a danışan "MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da təsdiqlədi ki, kirayə evlərin qiymətində artım var: " İyul ayı ilə müqayisədə hazırda mənzillərin kirayə qiymətlərində 5,75 faiz artım qeydə alınıb. Şəhər üzrə orta qiymət 842 manatdan 891 manata yüksəlib. Birotaqlı evlərdə artım 10,4 faiz, iki və üçotaqlı evlərdə isə müvafiq olaraq 6 və 3 faiz artım qeydə alınıb. Ucuz evlərdə, tələbələr üçün münasib olan evlərdə artım daha çox olub. Yaydan bəri 12,5 faiz artım qeydə alınıb. Orta evlərdə 3,5 faiz artım, bahalı evlərdə isə 3, 78 faiz ucuzlaşma var”.

 

Ekspertin sözlərinə görə, kirayə axtaranlar daha çox ikiotaqlı köhnə evlərə maraq göstərirlər: "Köhnə evlərdə bahalaşma 7,55 faizdir. Yeni tikililərdə isə əksinə 1,45 faiz ucuzlaşma var. Ötən ildən bu ilə təklifdə 12 faiz azalma var. Ümumi kirayə mənzil  portfelində yeni tikililərin payı artıb, 66 faizdən 72,5 faizə yüksəlib. Köhnə tikililərin portfeldə payı azaldıqca, belə bir qıtlıq yaranır”. 

 

Ekspert bu problemin həlli üçün universitet şəhərciklərinin yaradılmasını, eyni zamanda özəl şirkətlərin binalar inşa edərək sırf kirayə bazarına daxil olmasını təklif edir: "Hazırda əsas problemlərdən biri də oğlan tələbələrin ev tapa bilməməsidir. Mənzil sahibləri bir çox riskləri nəzərə alaraq oğlanlara ev vermirlər. Qızlar daha münasib müştəridir. Dünya təcrübəsində universitetlər özlərinin şəhərciklərini yaradırlar . Bizim universitetlər də özləri üçün şəhərciklər tikməlidirlər. Bir də yerli icra qurumları şirkətlərə müəyyən şərait yaratmalıdırlar ki, onlar kirayə vermək məqsədilə binalar tikib, həm tələbələrə, həm də ailələrə təklif etsinlər. Bu istiqamətdə də dünya təcrübəsi var. Bizdə isə cəmi bir belə bina var, o da Bakıxanov küçəsində yerləşir”.


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər