mumtv.az
mumtv.az

Prezidentin ehtiyat fondu artırılır

Prezidentin ehtiyat fondu artırılır
1-08-2020, 14:06 85 dəfə baxılıb

Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 280 milyon manat və yaxud 68,3% artırılaraq 410 milyon manatdan 690 milyon manata çatdırılır.

Mumtv.az "Report” saytına istinadən xəbər verir ki, bu, "2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 180 milyon manat və yaxud 60% artırılaraq 300 milyon manatdan 480 milyon manata, büdcənin ehtiyat fondu isə 100 milyon manat və yaxud 90,9% artırılaraq 110 milyon manatdan 210 milyon manata çatdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA