İqtisadiyyat
İqtisadiyyat
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin rəhbəri dəyişib
İqtisadiyyat Nazirliyinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Səbuhi Mehdizadə vəzifəsindən azad edilib.
"Report” xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Vidadi Quliyevə həvalə olunub.
Xatırladaq ki, "İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.