mumtv.az
mumtv.az

Nazirlik departamenti məhkəməyə verdi

Nazirlik departamenti məhkəməyə verdi
8-07-2019, 14:23 149 dəfə baxılıb

Nazirlik departamenti məhkəməyə verdi















Vergilər Nazirliyi 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin departamentinə qarşı iddia qaldırıb.

“MUMTV”nin verdiyi xəbərə görə, nazirliyin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin keçirdiyi reyd zamanı Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə məxsus ticarət obyektlərindan aksiz markası olmayan siqaretlər aşkarılanıb.

İddia ərizəsində irəli sürülüb ki, MMC-yə məxsus, aksiz markaları ilə markalanmamış alış dəyəri 395 manat olan 166 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilsin.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən “Qafqazinfo”ya bildirilib ki, özləri də bu reydlərin keçirilməsində maraqlıdırlar və nazirliklə birgə keçirirlər. Həmin siqaretləri isə satıcılar özləri kənardan əldə edərək satışını qanunsuz olaraq həyata keçirirlər./Qafqazinfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA