İdman
“Qarabağ”ın rəqibi üçün 9 milyon
APOEL (Kipr) Çempionlar Liqasında play-off-a yüksəldiyi üçün UEFA-dan 7 milyon avro məbləğində pul əldə edəcək.
"MUMTV.az” xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məluat yayıb.
"Əfsanələr” play-off-da "Ayaks”a (Hollandiya) məğlub olsa da, (0:2; 0:0) xeyir götürə bilib. Bundan əlavə, klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığına görə 2.92 milyon avro pul qazanacaq.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşılaşıb. Səfərdə qalib gələn (1:2) Ağdam təmsilçisi, evdə məğlub olaraq (0:2) mübarizəni dayandırıb. Avropa Liqasında yoluna davam edən ölkə təmsilçisi İrlandiya "Linfild”i ilə qarşılaşıb və qalib gələrək (3:2; 2:1) adını Avroliqanın qrup mərhələsinə yaxdırmağı bacarıb. A qrupunda yer alan "köhlən atlar”ın burada da rəqiblərindən biri yenidən APOEL olub./YeniSabah