İdman
İdman
“Başakşəhər” otelə qayıdıb, oyun dekabrın 9-da keçiriləcək
Çempionlar Liqasının qrup mərhələsinin PSJ – "Başakşəhər” oyunu davam etdirilməyəcək.
Mumtv.az bildirir ki, buna səbəb qarşılaşmanın 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadə işlətməsidir.
UEFA-nın rumıniyalı laysmanın meydana çıxmayacağını açıqlamasına baxmayaraq, Türkiyə təmsilçisi qərarından dönməyib. Komanda artıq qaldığı otelə qayıdıb.
14-cü dəqiqədən dayandırılan matçın hakimlər komitəsinin dəyişdirilməsi şərti ilə dekabrın 9-da davam etdirilməsi qərara alınıb.