İdman
İdman
Millimiz bu gün Kiprlə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Mumtv.az bildirir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
(Metbuat.az)
Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.