mumtv.az
mumtv.az

Azərbaycan - Kipr oyununun hakimləri AÇIQLANDI

Azərbaycan - Kipr oyununun hakimləri AÇIQLANDI
10-10-2020, 12:41 45 dəfə baxılıb

Azərbaycan - Kipr oyununun hakimləri AÇIQLANDI
 
 
 
 
 
 
 
 
 
UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Kipr matçının təyinatları müəyyənləşib.

Mumtv.az "Report"a istinadən xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına həvalə edilib. Referi Fran Yoviçə yan xətt hakimləri qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək.
 

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

2014-cü ildən beynəlxalq oyunlara təyinat alan Fran Yoviç 2019-cu ildə Azərbaycanın U-19 millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçə evdə 0:1 hesabı ilə uduzduğu görüşü idarə edib.

Qeyd edək ki, oktyabrın 13-da Albaniyadakı "Elbasan Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA