mumtv.az
mumtv.az

“Mançester Yunayted” Poçettinonu baş məşqçi gətirmək istəyir

“Mançester Yunayted” Poçettinonu baş məşqçi gətirmək istəyir
6-10-2020, 12:05 45 dəfə baxılıb

İngiltərənin "Mançester Yunayted” klubu yeni baş məşqçi axtarışına başlayıb.

Mumtv.az bildirir ki, "Tottenhem”ə 1:6 hesablı məğlubiyyətdən sonra səbri tükənən klub rəhbərliyi Ole-Qunnar Sulşeri göndərməyə hazırlaşır.

Mançesterlilər bu üzdən də argentinalı mütəxəssis Maurisio Poçettinonu baş məşqçi postuna gətirməyi planlaşdırır. "Mançester Yunayted” rəsmiləri artıq "Tottenhem”in sabiq çalışdırıcısının agenti ilə əlaqə də saxlayıb. Danışıq zamanı Poçettinonun da bu təklifdə maraqlı olduğunu təsdiqlənib.

Lakin klub rəhbərliyində Sulşerin saxlanılmasının tərəfdarları da var. İcraçı direktoru Ed Vudford norveçlinin postunda qalmasını istəyir.

(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA