İdman
İdman
Kosta "Yunayted"ə keçməkdən imtina etdi
"Yuventus"un futbolçusu Duqlas Kosta "Mançester Yunayted"ə keçməyəcək.
Mumtv.az bildirir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi İngiltərə təmsilçisi ilə danışıqlar aparmaqdan imtina edib. Kostanın Turin klubunda heyətdə yer almaq üçün rəqabət aparmaq istədiyi bildirilib. Onun özünü yeni baş məşqçi Andero Pirloya inandıracağı vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, "Mançester Yunayted" oyunçunun rədd cavabından sonra "Barselona"ın futbolçusu Usman Dembelenin transferi üçün çalışır.
Qeyd edək ki, D.Kosta bundan əvvəl "Vulverhempton"un təklifini müsbət cavablandırmamışdı.