mumtv.az
mumtv.az

İsveçrə - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşdi

İsveçrə - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşdi
12-09-2020, 17:18 41 dəfə baxılıb

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə – Azərbaycan oyununun yeri müəyyənləşib.

Mumtv.az Apasport.az saytının məlumatına əsasən bildirir ki, 2-ci qrupda mübarizə aparan yığmamızın son matçı Tyun şəhərindəki "Tyun Arena”da baş tutacaq.

Öncədən martın 26-da keçirilməli olan, lakin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan görüş noyabrın 12-də baş tutacaq. 10 min tamaşaçı tutumuna malik stadiondakı qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.Qeyd edək ki, 7 oyunda 6 xal toplayan millimiz seçmə mərhələdəki son üç matçını səfərdə keçirəcək. İsveçrə ilə görüşdən öncə yığmamız oktyabrın 8-də Nitra şəhərindəki "Nitra" stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstanla qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA